ABŞ-da qəzaya uğrayan qırıcının 2 pilotunun cəsədi tapılıb


ABŞ Hərbi Dəniz Qüvvələri oktyabrın 15-də Vaşinqton ştatında adi təlim uçuşu zamanı qəzaya uğrayan döyüş təyyarəsinin itkin düşən iki pilotunun cəsədlərinin tapıldığını açıqlayıb.


Açıqlamada qəzaya uğrayan təyyarədən itən iki pilotun bədən hissələrinin tapıldığı, pilotların kimliklərinin bir neçə gün ərzində açıqlanacağı bildirilib.

"EA-18G Growler" tipli qırıcı təyyarə oktyabrın 15-də adi təlim uçuşu zamanı Rainier dağı bölgəsində qəzaya uğrayıb, dağıntıların yeri bir gün sonra müəyyən edilib, təyyarədə olan iki nəfərin izinə rast gəlinməyib.

Səlahiyyətlilər qəza ilə bağlı araşdırmanın davam etdiyini bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu