Polietilen torbalar pulsuz olanda daha az istifadə edirdik - RƏY


2023-cü ildən Azərbaycanda fəaliyyət göstərən mağazalarda polietilen çantaların pullu olması ilə bağlı qərar qəbul edilib.


AFN.az xatırladır ki, qərara əsasən, kiçik paketlər 3, böyük paketlər 5 qəpiyə satılır. Qərarın verilməsinə səbəb polietilen çantalardan istifadənin azaldılması olsa da, müşahidələr bunun əksinə olduğunu deməyə əsas verib.

İqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı danışıb. Onun sözlərinə görə, sözügedən qərar "ekoloji həssaslıq, təbiətə ziyanın azadılması" kimi təqdim olundu: "Həmin qərardan sonra onlarla müsahibə verdim və dedim ki, torbaları pullu etməklə iş düzəlmir, bunun təbliğat, PR ayağı da olmalıdır, heç kim 3-5 qəpiyə görə polietilen torbalardan imtina etməyəcək. İndi rəsmi məlumat yayılıb ki, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkə ərazisində 14 244.8 ton həcmində polietilendən kisə və çanta istehsal və istifadə edilib. Bu isə keçən ilin eyni dövrü (yəni, torbalar pullu olmağa başladığı dövr) ilə müqaisədə 26% çoxdur. Yəni, pulsuz olanda daha az istifadə edirdik. Hörmətli hökumət, problemləri həll etməyin yolu bir tək camaatın cibinə girmək deyil, bu məsələ sosial çarxlarla, təşviqlə, reklamla, düzgün PR-la və MƏKTƏBDƏN başlamaqla həll oluna bilər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu