ABŞ-da senator Baydeni İsrailə qarşı tədbir görməyə çağırıb


ABŞ senatoru Bernie Sanders İsrailin beynəlxalq hüququ açıq şəkildə pozduğunu deyib. O, prezident Baydenin dərhal hərəkətə keçməli olduğunu bildirib.


AFN.az xəbər verir ki, Barnie Sanders "The Washington Post" qəzetinin xəbərlərini öz səhifəsində paylaşaraq açıq məktubla Baydenə müraciət edib. O, yazısında noyabrda toplanacaq Senatda İsrailə silah ixracının dayandırılması ilə bağlı qanun layihəsini dərhal səsə qoymaq üçün addımlar atacağını qeyd deyib: "Ancaq prezident Bayden dərhal hərəkətə keçməlidir".

“İsrail Fələstin xalqına qarşı apardığı hərtərəfli müharibədə aclıqdan silah kimi istifadə etməklə ABŞ qanunlarını və beynəlxalq hüququ açıq şəkildə pozur”, - deyə Sanders yazısında bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu