Türkiyə Ombudsmanı Rusiyadakı ukraynalı məhbuslara baş çəkə bilər

Rusiya hakimiyyəti Türkiyənin baş ombudsmanı Şeref Malkoçun Rusiyada saxlanılan ukraynalı hərbi əsirlərə baş çəkmək xahişini nəzərdən keçirir.
AFN.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova TASS-a açıqlamasında bildirib.
“Biz Türkiyə səfirindən cənab Malkoçun mümkün səfəri ilə bağlı müraciət aldıq. Bu, siyasi məsələdir, səlahiyyətli orqanlar tərəfindən nəzərdən keçirilir”, - deyə o, bildirib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə ombudsmanı Ukraynadakı rus hərbi əsirlərinə baş çəkib.