Polşa Belarusla sərhəddəki hasarı keçilməz etmək qərarına gəlib

Belarusla sərhəddəki hasar keçilməz hala gətirilməlidir.
AFN.az xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk təmsil etdiyi “Vətəndaş platforması” partiyasının qurultayında səsləndirib.
“Hamımızın ikiqat ehtiyacı var idi - Belarusla sərhəddə qeyri-qanuni miqrasiyanın qarşısını almaq, eyni zamanda dram və faciələrdən qaçmaq. Belarusla sərhəddə bu cür insidentlərin qarşısının alınması üçün bu sərhədin uğurlu qorunmasından daha humanitar siyasət yoxdur”, - deyə siyasətçi bildirib.
O, vurğulayıb ki, son aylar hasar davamlı olaraq bərkidilir, ona görə də indi əvvəlki kimi barmaqlıqları qırmaq mümkünsüz olub.