ABŞ Livana yenidənqurmada yardım edə bilər
Birləşmiş Ştatlar Livana onun yenidən qurulmasında kömək etmək niyyətindədir, bunun yollarından biri ölkə prezidentinin seçilməsidir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Livanlıların özləri nəhayət dövlətlərinin bərpasını görmək və vətəndaşlarının həyatı üçün məsuliyyəti öz üzərlərinə götürmək istəyirlər. Buna nail olmağın bir yolu prezident seçməkdir”, - o, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) illik sammitində mətbuat konfransı zamanı deyib. Blinken Livan prezidenti postunun iki ildir boş qaldığını xatırladıb və əlavə edib ki, ABŞ və bir çox başqa ölkələr Beyruta onun yenidən qurulmasında yardım etmək niyyətindədirlər. Dövlət katibinin sözlərinə görə, Vaşinqton Livanda vəziyyətin gərginləşməsi nəticəsində didərgin düşmüş insanlara kömək üçün təxminən 160 milyon dollar ayırıb.