Pezeşkian Rusiyaya rəsmi səfərə gedəcək


Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianı Rusiyaya rəsmi səfərə dəvət edib.


AFN.az TASS-a istinadən xəbər verir ki, qarşı tərəf dəvəti qəbul edib.

Rusiyaya səfərə dəvət Aşqabadda keçirilən ikitərəfli görüş zamanı edilib. İran prezidenti dəvəti minnətdarlıqla qəbul edib və bundan istifadə edəcəyini bildirib.

"İran və Rusiya münasibətləri strateji və səmimidir və ikitərəfli əməkdaşlıq hər gün güclənir. İqtisadi və mədəni baxımdan əməkdaşlığımız getdikcə daha da dərinləşir”, - deyə o bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu