Alptekin Cihangir İşbilirin kitabı işıq üzü görüb
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir müəllifi olduğu kitab nəşr edilib.
Bu barədə Alptekin Cihangir İşbilir öz sosial şəbəkə hesabında bildirib.
"Bu araşdırma geosiyasi transformasiyanın qanlı nöqtələri olan Suriya və Yəmən hadisələrindən başlayaraq İslam Dünyası üçün sivil sülhün formulunun axtarışına və bu dilemmadan çıxış yolunun axtarışına töhfə vermək məqsədi daşıyır. Bu işi son 20 ildə araşdırdıq və dostlarımıza, tələbələrimizə töhfə etdik. Divan Araşdırma və Təhsil Dərnəyinin sədri cənab Sinan Çelikkola, Ərzurum Böyükşəhər Bələdiyyə Başçısı cənab Mehmet Sekmenə, EBB Mədəniyyət Şöbəsinin müdiri cənab Ergün Engin və həmkarlarına Akademiyalarımıza verdikləri dəyər və əhəmiyyətə görə təşəkkür edirəm. Əsərin ön sözünü Bakıda yazmaq nəsib oldu. Artıq Azərbaycan və Türkiyə üçün yeni əsərlər yazmağa başlamışam", deyə Alptekin Cihangir İşbilir əlavə edib.