Yaşar İsakov vəzifəsindən ayrıldı


Yaşar İsakov Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsindən ayrılıb.


AFN.az-ın məlumatına görə, bu barədə o özü məlumat verib.

"Altı ilə yaxın bir müddətdə məni bu vəzifəyə layiq gördükləri üçün general-polkovnik Mədət Quliyevə və müdafiə sənayesi naziri Vüqar Mustafayevə dərin təşəkkürümü bildirirəm. Hörmətli nazir müavinləri Mehman Baxışova və Hidayət Əzimova minnətdaram ki, bu illər ərzində mənimlə rəhbər kimi yox, dost kimi davranıblar. MSN-in əməkdaşlarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirliyin qarşısında qoyduğu böyük vəzifələrin icrası istiqamətindəki şərəfli fəaliyyətlərində daimi uğurlar arzulayıram", - deyə İsakov bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu