Çin Tayvana silah tədarükünə görə ABŞ-a sanksiyalar tətbiq edib
![](/uploads/posts/2024-10/152e4ead03_sanksiya.jpg)
Çin hakimiyyəti Tayvan adasına silah tədarük etdiyi üçün üç Amerika şirkəti və on ABŞ vətəndaşına sanksiya tətbiq edir.
Bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Birləşmiş Ştatlar bu yaxınlarda Çinin Tayvan bölgəsinə böyük həcmdə silah yardımı göstərdiyini açıqladı. Çin ABŞ-ın bir neçə hərbi-sənaye korporasiyasına, eləcə də yüksək səviyyəli menecerlərə qarşı əks tədbirlər görməyə qərar verib. Bu çərçivədə üç təşkilata qarşı sanksiyalar tətbiq olunacaq. Bunlar "Edge Autonomy Operations LLC", "Huntington Ingalls Industries Inc". və "Skydio Inc"dir" - deyə açıqlamada bildirilir.