Hollandiya və "Barselona"nın əfsanəvi futbolçusu Yohan Neeskens dünyasını dəyişib


Hollandiya futbolunun və "Barselona"nın əfsanəvi futbolçusu Yohan Neeskens 73 yaşında dünyasını dəyişib.



1970-ci illərdə “Barselona”da çıxış edən və 1974 və 1978-ci illərdə dünya çempionatlarında ikinci yeri tutan Hollandiyanın xəyal komandasının bir hissəsi olan Yohan Neeskens 73 yaşında dünyasını dəyişib.

70-ci illərin ən yaxşı yarımmüdafiəçilərindən sayılan hollandiyalı futbolçu “Ayaks”da parlayıb, 1974-cü ildə transfer olunduğu “Barselona”da 1979-cu ilə kimi çıxış edib. Futbolçunun Kataloniya komandasına keçidində Yohan Kroyfun böyük rolu olub.

"Barselona"ya əfsanə kimi gələn uğurlu futbolçu "Ayaks"la 3 avrokubok, 1 qitələrarası kubok, 1 Avropa Superkuboku və 2 Eredivisie çempionu olub.

Neeskens "Barselona"nın heyətində 234 oyun keçirib və 56 qol vurub. O, bir Kral Kuboku və bir Avropa Kubok Qalibləri Kubokunu qazanıb.

1974 Dünya Kubokunun ən yaxşı 11-liyinə də seçilib.

Qeyd edək ki, Neeskens 2009/10 mövsümündə "Qalatasaray"da Frank Raykardın köməkçisi vəzifəsində çalışıb.

Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu