Həftəsonu güclü geomaqnit qasırğası olacaq
Günəşdə aktiv oblastlarda baş verən güclü alışmalar hesabına oktyabrın 5-6-da Yerdə güclü geomaqnit qasırğası baş verəcək.
Bu barədə AFN.az-a BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Bildirilib ki, Günəş aktivliyinin artması hesabına M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) alışmaların, eyni zamanda X (R3-güclü) alışmaların olacağı proqnozlaşdırılır.
Bu gün, 4 oktyabr gündüz saat 12 radələrindən başlayaraq 6 oktyabr da daxil olmaqla Yerin geoomaqnit sahəsində qasırğalar müşahidə olunacaq. 5-6 oktyabr tarixlərində günün əksər hissəsində baş verəcək geomaqnit qasırğalar G3 (güclü) səviyyədə baş verəcək. 6 oktyabrdan etibarən geomaqnit qasırğasının zəifləyəcəyi, fon səviyyəsinə düşəcəyi proqnoz edilir.