İnklüziv təhsilin əhatə dairəsi genişləndirilib


2024-2025-ci tədris ilində paytaxt üzrə daha 12 ümumi təhsil müəssisəsində (10, 127, 185, 194, 204, 231, 262, 283, 307, 308, 309 və 315 nömrəli tam orta məktəblər) inklüziv siniflər yaradılıb.


Hazırda Bakı şəhəri üzrə ümumilikdə 30 təhsil müəssisəsində sağlamlıq imkanı məhdud şagirdlər inklüziv təhsilə cəlb edilib.

"2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı" əlilliyi olan uşaqların təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməsinə və onların təhsili üçün maneəsiz mühit yaradılmasına geniş imkanlar açır.

İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir. İnklüziv təhsilin əsas hədəfi uşaqların təkcə sosiallaşması deyil, eyni zamanda keyfiyyətli təhsil almasıdır.

Qeyd edək ki, 2015-ci ildən başlayaraq Elm və Təhsil Nazirliyi tərəfindən ölkəmizdə inklüziv təhsilin inkişafı istiqamətində pilot layihələr həyata keçirilir, tənzimləyici hüquqi-normativ sənədlər təkmilləşdirilir və müəllim hazırlığı üzrə proqramlar yenilənir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu