ASELSAN Azərbaycanla birgə istehsala başlayacaq
ASELSAN-ın baş direktoru Ahmet Akyol ASELSAN məhsullarının Azərbaycanın təhlükəsizlik bölmələri və mülki bölmələrində istifadə edildiyini bildirib.
Bakıda keçirilən 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2024) iştirak edən Akyol AA müxbirinə ASELSAN-ın Azərbaycandakı fəaliyyəti haqda məlumat verib.
Akyol ASELSAN-ın ilk beynəlxalq bölməsini 1990-cı illərdə Bakıda açdığını və müstəqillik dövründə Azərbaycanda ilk beynəlxalq şirkətlərdən biri olduqlarını xatırladıb.
Azərbaycanda yaxşı bir fəaliyyət tarixinə sahib olduqlarını və ən çətin anlarında dəstəklədiklərini deyən Akyol bildirib ki, Azərbaycanın təhlükəsizlik bölmələrində və mülki bölmələrində minlərlə ASELSAN məhsulundan istifadə olunur. "Buradakı şirkətimizi genişləndiririk və yerli tərəfdaşlarla birgə istehsal planlaşdırırıq. Yaxın zamanlarda ASELSAN məhsullarının bəziləri Bakıda istehsal olunacaq və dünyaya təqdim ediləcək" - deyə o, qeyd edib.
Mənbə: AA