Hizbullahdan xəbərdarlıq: İsrailin göndərdiyi barkodları skan etməyin

Hizbullahın media bölməsi İsrailin Livanın şərqindəki Beka vadisinə üzərində çox təhlükəli barkodlar olan vərəqələr atdığını açıqlayıb.
Açıqlamada ştrix-kodun telefonla skan edildiyi təqdirdə istənilən cihazdan bütün məlumatların əldə oluna biləcəyi xəbərdarlığı edilib.
Xəbərin yazıldığı vaxt İsrail ordusu açıqlama verməsə də, Hizbullahın media bölməsi vərəqələrdə başqa bir şeyin yazıb-yazılmaması ilə bağlı məlumat verməyib.
Mənbə: Reuters