Yerə yeni "mini ay" gəlir


Yer bu ayın sonunda yeni təbii peyk əldə edəcək. Ancaq bu "mini ay" bizimlə cəmi iki ay qalacaq.



Bu müvəqqəti "mini ay" diametri təxminən 10 metr olan kiçik asteroid 2024 PT5-dir.

Keçən ay kəşf edilən bu meteoritin orbiti hesablanıb və o, sentyabrın 29-da yerin yeni peyki olacaq.

Təxminən 56,6 gün ərzində Yer ətrafında dövr edəcək 2024 PT5 cazibə qüvvəsindən xilas olacaq və noyabrın 25-də Günəş ətrafındakı orbitinə qayıdacaq.

2024 PT5 2025-ci il yanvarın 9-da son vidalaşmaq üçün yenidən Yerə yaxınlaşacaq, lakin bu dəfə 1,8 milyon kilometr məsafədən keçəcək.

Bu səfərdən sonra 2024 PT5 8 noyabr 2055-ci ildə yenidən qayıdacaq, lakin bu dəfə yerə 5,2 milyon kilometr məsafədən keçəcək.

"Mini ay" avqustun 7-də Asteroid Terrestrial-impact Last Alert System (ATLAS) tərəfindən kəşf edilib. Bir gün sonra 567 min kilometr məsafədən, yəni aydan yerə bir yarım dəfə uzaq məsafədən keçib.

Mənbə: Sciencealert



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu