Alimlər yeni qan qrupu kəşf ediblər
1972-ci ildə hamilə qadından qan nümunəsi götürüləndə həkimlər onun o zamanlar bilinən bütün qırmızı qan hüceyrələrində aşkar edilmiş səth molekulunun olmadığını fərq ediblər. İngiltərə alimləri 50 illik araşdırmalardan sonra bu qəribə molekulyar çatışmazlıq sayəsində insanlarda yeni qan qrupu sistemini müəyyən edə biliblər.
İngiltərə Milli Səhiyyə Xidmətinin hematoloqu Luis Tilley təxminən 20 illik araşdırmadan sonra bu uğura nail olduqlarını ifadə edərək, "Nəhayət bu yeni qan qrupu sistemini təqdim etmək, nadir, lakin əhəmiyyətli xəstələrə ən yaxşı baxımın təmin edilməsində böyük uğurdur" bildirib.
Hamımıza tanış olan ABO qan qrupu sisteminə və Rh faktoruna (artı və ya mənfi olaraq bilinən hissə) əlavə olaraq, insanlar qan hüceyrələrini əhatə edən zülal və şəkərlərin müxtəlifliyi səbəbindən bir çox fərqli qan qrupu sistemlərinə malikdirlər.
Bədənimiz zərərli maddələri tanımaq və parçalamaq üçün bu antigen molekullarından istifadə edir. Qanköçürmə zamanı bu antigenlərin uyğunsuzluğu ciddi reaksiyalara və hətta ölümcül nəticələrə səbəb ola bilər.
Əsas qan qrupu sistemləri 20-ci əsrin əvvəllərində aşkar edilib. Ancaq 2022-ci ildə müəyyən edilən Er qan sistemi kimi son illərdə kəşf edilən qan qrupları yalnız az sayda insana təsir göstərir. Yeni kəşf edilən MAL qan qrupu bu nadir sistemlərdən biridir.
MAL qan qrupu necə tapılıb?
Tilley və komandası 1972-ci ildə hamilə xəstənin qanının 99,9 faizində əskik olan AnWj antigenini aşkar ediblər.
Bu antigen miyelin və limfosit zülallarında olduğu üçün tədqiqatçılar yeni kəşf edilən sistemi MAL qan qrupu adlandırıblar.
MAL genlərinin hər iki nüsxəsində mutasiyaları olan şəxslər AnWj-mənfi qan qrupuna malikdirlər.
Bu, hamilə xəstədə müşahidə edilən vəziyyətə bənzəyir. Tədqiqat qrupu bu nadir qan qrupu olan daha üç xəstəni müəyyən edib, lakin xəstələrdə heç bir mutasiya müşahidə edilməyib. Bu onu göstərir ki, bəzən qan xəstəlikləri də antigenin bastırılmasına səbəb ola bilər.
Yeni qan qruplarının əhəmiyyəti
MAL zülalı hüceyrə membranlarının sabitliyini və hüceyrədaxili hərəkətin saxlanmasında mühüm rol oynayır.
Əvvəlki tədqiqatlar göstərdi ki, AnWj antigeni doğuş zamanı mövcud deyil, doğuşdan qısa müddət sonra yaranır.
Tədqiqata daxil edilən AnWj-mənfi xəstələr eyni mutasiyanı paylaşsalar da, onların hər hansı digər hüceyrə anomaliyaları və ya xəstəlikləri ilə əlaqəsi yox idi.
Artıq bu genetik markerlər müəyyən edildikdən sonra xəstələrin mənfi MAL qan qrupunun irsi, yoxsa supressiyaya görə olub-olmadığını yoxlamaq mümkün olacaq. Bu, bəzən başqa bir əsas tibbi problemin əlaməti ola bilər.
Bu nadir qan qrupu xüsusiyyətləri xəstələrə dağıdıcı təsir göstərə bilər. Ancaq belə vəziyyətləri başa düşmək daha çox insanın həyatını xilas etmək üçün kritik bir addım olacaq.
Araşdırmanın nəticələri "Blood" jurnalında dərc olunub.
Mənbə: Sciencealert