ABŞ müdafiə naziri Hizbullah ilə gərginliyi müzakirə etmək üçün İsrailə gedəcək
ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Hizbullahla gərginliyi müzakirə etmək üçün İsrailə səfər edəcəyi gözlənilir.
ABŞ-ın “Axios” xəbər platforması Ostinin sentyabrın 22-23-də İsrailə səfər edəcəyini bildirib.
Adı açıqlanmayan İsrail və ABŞ rəsmilərinə əsaslanan xəbərdə Ostinin İsrailə səfərinin gündəminin Hizbullahla gərginlik olduğu bildirilib.
Mənbə: TRT Haber