Netanyahu husiləri qisasla hədələdi
İsrailin baş naziri Benyamin Netanyahu Yəmən husilərinin İsrail ərazisinə ballistik raket hücumundan sonra ağır bədəl ödəyəcəkləri barədə xəbərdarlıq edib.
Bu barədə “The Guardian” qəzeti yazırb
Nəşrin məlumatına görə, husilərin qabaqcıl hipersəs yer-yer raketi adlandırdıqları raket ölkə daxilində hava sirenlərini işə salıb. Məlumata görə, o, meşədəki açıq sahəyə düşüb, Kfar Daniel yaxınlığında yanğına səbəb olub. Tələfat və dağıntılar barədə məlumat verilməyib.
İsrail Müdafiə Qüvvələri (IDF) hadisə ilə bağlı araşdırma apardıqlarını bildirib.
Məqalədə həmçinin Husi lideri Əbdül-Malek əl-Husinin İsrailə qarşı növbəti hücumlar barədə xəbərdarlıq etdiyi bildirilir.