Robert Kennedi Bayden və Blinkenə səsləndi: Dayanın!


ABŞ-da keçiriləcək prezident seçkilərində namizəd olmuş Robert Kennedi Amerika administrasiyasına yüksək dəqiqlikli Qərb raketləri ilə Rusiya ərazisinə dərin zərbələr endirmək qərarına qarşı xəbərdarlıq edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinkenə və ABŞ prezidenti Co Beydenə səslənib: "Blinken, Bayden, bu ehtiyatsız eskalasiyanı dayandırın", - deyə Robert Kennedi X-da yazıb. O, bu xahişi bir dünya sakini kimi etdiyini bildirib.

Robert Kennedi bu fikri Rusiya prezidenti Vladimir Putinin Ukraynanın Qərbin köməyi olmadan Rusiya Federasiyasının ərazisinə dərin zərbələr endirmək iqtidarında olmadığı barədə bəyanatını şərh edərkən bildirib.
Putin deyib ki, bunun üçün Ukraynaya peyklərdən və uçuş missiyalarından kəşfiyyat məlumatları lazımdır. "NATO ölkələri hazırda təkcə Kiyevin Qərbin uzaqmənzilli silahlarından mümkün istifadəsini müzakirə etmir, əslində, Ukrayna münaqişəsində birbaşa iştirak edib-etməmək barədə qərar verir" - deyən Putin Moskvanın Rusiya Federasiyası üçün yaranan təhdidlərə əsaslanaraq qərarlar qəbul edəcəyinə işarə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu