Selena Qomez rəsmən milyarder oldu
Müğənni və aktrisa Selena Qomez rəsmən milyarder olub.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyə danışan mənbənin sözlərinə görə, bu, şəxsi biznesi sayəsində mümkün olub: 32 yaşlı Qomez digər məşhurlarla fəal əməkdaşlıq edən kosmetika brendi olan "Rare Beauty Brands Inc"in sahibidir. Ulduzun sərvəti hazırda 1,3 milyard dollar qiymətləndirilir.