İspaniya və Fələstin arasında ilk ikitərəfli dövlət sammiti bu il keçiriləcək


İspaniyanın Baş naziri Pedro Sançez may ayında rəsmi olaraq tanıdıqları Fələstin dövləti ilə ilk ikitərəfli zirvə toplantısını ilin sonuna qədər keçirəcəklərini açıqlayıb.


Sançes Madriddəki Servantes İnstitutunda hökumətinin qarşıdakı siyasi dövrdə prioritetləri ilə bağlı çıxış etdi.

"Biz BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər Təşkilatına (UNRWA) dəstək verəcək, Beynəlxalq Cinayət Məhkəməsində İsrailin baş naziri Benyamin Netanyahuya təzyiq göstərməyə davam edərək Qəzza xalqını dəstəkləməyə davam edəcəyik. Eyni zamanda Fələstin dövləti ilə əlaqələrimizi gücləndirəcəyik" - deyə baş nazir qeyd edib.

İspaniyanın mayın 28-də Fələstin dövlətini rəsmən tanıdığını xatırladan Sançez qeyd edib ki, ilin sonuna qədər İspaniya ilə Fələstin dövlətləri arasında ilk ikitərəfli zirvə toplantısı keçiriləcə: "Bu, bir zirvə olacaq. İspaniya ilə Fələstin dövlətləri arasında müxtəlif müqavilələrin imzalanacağını gözləyirik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu