Lava püskürən vulkan və şimal işıqları birlikdə


İslandiyada iki təbiət hadisəsi bir arada görünüb.



2023-cü ilin dekabrından bu yana 6-cı dəfə lava püskürən vulkan və şimal işıqlarını birlikdə görənlər, bu təbiət hadisəsi qarşısında valeh olub. Adanın cənub-qərbində vizual ziyafət hökm sürüb.

İslandiyadakı vulkan 2023-cü ilin dekabrından bəri 6-cı dəfə lava və kül püskürməyə başlayıb.

Adanın cənub-qərbində baş verən silsilə zəlzələlər nəticəsində yenidən püskürən vulkanda yeni çatın meydana gəldiyi təxmin edilir.

Vulkanın püskürməsi nəticəsində ortaya çıxan təəccüblü görüntülərə şimal işıqları əlavə edilib.

İki təbiət hadisəsinin gözlənilmədən bir araya gəlməsi vizual ziyafətə çevrilib.





Mənbə: TRT Haber



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu