Hicran Hüseynovanın 10 min manatlıq çantası və... - FOTOLAR

Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində 42 saylı Sumqayıt birinci seçki dairəsindən qələbəsi açıqlanan Hicran Hüseynova ilə bağlı maraqlı məlumat yayılıb.
AFN.az xəbər verir ki, jurnalist Fərid İsmayılov H.Hüseynovanın çantasının qiyməti ilə bağlı məlumat verib: "Hicran Hüseynovanın çantası diqqətimi çəkdi. Axtardım tapdım. Qiyməti endirimlə 6032$. Təqribən 10000 manat. Seçkidə isə onun üçün karuseldə iştirak edən jek, məktəb işçilərinin aylıq maaşı maksimum 300-400 manatdır. Yəni 15-20 aylıq maaşları. Halal yolla alıbsa sağlığına qismət".
Qeyd dək ki, H.Hüseynovanın çantası "Chanel" markasındandır. Jurnalist həmin markada həmin çantanın qiymətini tapıb ictimailəşdirib.