Aİ Putinin Monqolustana səfərindən narahatdır


Avropa İttifaqı (Aİ) Rusiya prezidenti Vladimir Putinin gözlənilən səfəri ilə bağlı Monqolustana narahatlığını bildirib.


AFN.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmi nümayəndəsi Nəbilə Massralı məlumat verib.

Massralı qeyd edib ki, həbsi ilə Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) qərarı mövcuddur. O xatırladıb ki, Monqolustan müvafiq hüquqi öhdəlikləri ilə ICC-nin "Roma Statutu"nun tərəfidir.

“Biz səfərlə bağlı narahatlığımızı bildirdik və Monqolustanda olan missiyamız vasitəsilə BCM ilə bağlı mövqeyimizi açıq şəkildə ifadə etdik”, - diplomat deyib.

Putin sentyabrın 3-də Monqolustana dövlət səfəri edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu