"Nurofen" siropu nəyə xeyirdir, necə qəbul edilməlidir?


Uşaqlar həssas yerimizdir. Evdə uşaq varsa, mütləq qızdırmasalıcı, ağrıkəsici dərmanlar əlinizin altında olmalıdır.

Azərbaycanda çox ailələrin, valideynlərin müraciət etdiyi "Nurofen" siropu ilə bağlı qısa məlumatı dərc etməyi özümüzə borc bilirik. Bu dərman vasitəsi necə, hansı dozada istifadə olunmalıdır?

"Nurofen" siropunu istifadədən əvvəl yaxşıca çalxalamalısız. Əgər körpənin qızdırması 38-dən yuxarıdırsa, istifadə etməlisiz. Adətən pediatrlar 38-ə qədər qızdırmada əlavə dərmanlardan istifadə etməməyi tövsiyə edirlər.

Dozası

Dozası uşağın yaşına və çəkisinə əsasən təyin olunur. Aşağıdakı dozada təlimatlara əməl edilməlidir:

3-6 ay: 5 ml (100 mg) hər 6-8 saatda (maksimum 3 dəfə gün ərzində).
6-12 ay: 5 ml (100 mg) hər 6-8 saatda (maksimum 3-4 dəfə gün ərzində).
1-3 yaş: 7.5 ml (150 mg) hər 6-8 saatda (maksimum 3-4 dəfə gün ərzində).
4-6 yaş: 10 ml (200 mg) hər 6-8 saatda (maksimum 3-4 dəfə gün ərzində).
7-9 yaş: 15 ml (300 mg) hər 6-8 saatda (maksimum 3-4 dəfə gün ərzində).
10-12 yaş: 20 ml (400 mg) hər 6-8 saatda (maksimum 3-4 dəfə gün ərzində).

Qəbul edilmə qaydası

Siropu yeməklə və ya yeməksiz qəbul edə bilərsiniz. Uşağın mədəsi həssasdırsa, yeməkdən sonra qəbul etmək məsləhətdir.

Maksimum gündəlik doza: Gündəlik maksimal doza aşılmamalıdır. Mümkün olduğu qədər ən aşağı effektiv doza istifadə olunmalıdır.
Əks göstərişlər: Nurofen siropu ibuprofen və ya digər nonsteroid antiinflamatuar dərmanlara (NSAİİ) qarşı həssaslığı olan uşaqlara verilməməlidir. Astma, böyrək və qaraciyər problemləri olan uşaqlara diqqətlə verilməlidir.
Yan təsirlər: Hər hansı yan təsir baş verərsə, dərhal həkimə müraciət edin. Ən çox rast gəlinən yan təsirlər mədə ağrısı, ürəkbulanma və qəbizlikdir.
Məsləhət: Hər hansı şübhəniz və ya narahatlığınız varsa, əvvəlcə həkimə və ya əczaçıya müraciət edin.
Saxlama şəraiti
Siropu sərin və quru yerdə, uşaqların əli çatmayan yerdə saxlayın.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu