İslandiyada "TikTok"da yayılan trendə görə xiyar çatışmazlığ yaranıb


İslandiyada "TikTok"da yayılan trendə görə supermarketlərdə xiyar qalmayıb. Fermerlər artan tələbatla ayaqlaşa bilmirlər.



İslandiya supermarketləri "TikTok"da yayılan xiyar trendri səbəbindən problem yaşayır. Təchizatçılar da bu tələbi qarşılamaq üçün yarışırlar.

Sosial media fenomenləri sürtgəcdən keçirilmiş xiyar, küncüt yağı, sarımsaq, düyü sirkəsi və çili yağından ibarət salat reseptini paylaşaraq, onun ölkə daxilində yayılmasına səbəb olub.

İslandiya Fermerlər İttifaqı bildirib ki, resept çox populyar olduğu üçün ölkədəki fermerlər artan tələbatı ödəyə bilmir.

"Hagkaup" adlı bir supermarket şəbəkəsi tələb və trend arasında ciddi əlaqə olduğunu və xiyar alışlarının iki dəfə artdığını açıqlayıb.

Rəsmilər İslandiyadakı fermerlərin artan istehlak tələbi ilə ayaqlaşa bilmədiklərini və tədarükün bir həftə və ya daha az müddətdə normallaşacağına ümid etdiyini söyləyib.

Mənbə: BBC



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu