"Reuters": Bir əməkdaşımız Ukraynada həyatını itirdi

Britaniyanın "Reuters" xəbər agentliyi Ukraynada komandasında təhlükəsizlik üzrə məsləhətçi vəzifəsində çalışan Rayan Evansın qaldığı otelə raket hücumu nəticəsində öldüyünü açıqlayıb.
Açıqlamada Evansın dünən Ukraynanın Kramatorsk şəhərində bir oteldə qaldığı zaman raket hücumu nəticəsində vurularaq öldürüldüyü bildirilib.
"Reuters" komandasından iki jurnalistin xəstəxanaya yerləşdirildiyi və onlardan birinin vəziyyətinin ağır olduğu, digər üç əməkdaşlarının sağ-salamat olduğu bildirilib.
Açıqlamada hücumla bağlı məlumat əldə etməyə çalışdıqları vurğulanıb və Evansın ailəsinə və yaxınlarına başsağlığı veriblər.
Digər tərəfdən, bəyanatda hücumu kimin həyata keçirməsi ilə bağlı heç bir açıqlama verilməyib.
Mənbə: AA