Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya


“Nəsiman Yaqublu dəyərli ziyalı idi, ona çox böyük hörmətim vardı”.


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd İmamverdi İsmayılov deyib. O, 1 sentyabr növbədənkənar parlament seçkilərindəki rəqibinin yol qəzasında həlak olmasından kədərləndiyini bildirib: “Çox heyif, çox kədərlənirəm, ailəsinə, yaxınlarına başsağlığı verirəm”.

Qeyd edək ki, İmamverdi İsmayılov həmin dairədən indiyədək 6 dəfə deputat seçilib, o, 1995-ci ildən Milli Məclisin üzvüdür.

Xatırladaq ki, tarixçi-professor Nəsiman Yaqublu ötən gün seçicilərlə görüşdən sonra Bakıya qayıdarkən yol qəzasına düşərək həyatını itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu