Serbiya prezidenti dövlət çevrilişi ehtimalını dəyərləndirib


Serbiyada bir daha heç vaxt zorakılıqla hakimiyyət dəyişikliyi olmayacaq.


“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ölkə prezidenti Aleksandr Vuçiç dövlət çevrilişi nəticəsində Slobodan Miloşeviçin devrildiyi 2000-ci il oktyabrın 5-də baş vermiş hadisələrin təkrarlanma ehtimalını dəyərləndirərkən bildirib.

“Müxalifət neçə dəfə xalqı aldadacaq ki, problemləri küçədə həll edəcəklər, onların siyasəti və proqramı yoxdur? Ancaq indi onlara deyirəm - uğur qazana bilməyəcəksiniz. Serbiyada bir daha heç vaxt 5 oktyabr olmayacaq”, - Vuçiç bildirib.

O əlavə edib ki, müxalif qeyri-kommersiya təşkilatlarını və medianı dəstəkləyən milyardlarla avro ölkəyə axır. Buna baxmayaraq, o, Serbiyanı hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almağa qadir olan kifayət qədər yetkin dövlət hesab edir. Eyni zamanda Vuçiç onun dövlət başçısı kimi Rusiyanın maraqlarından çıxış etməsi fikrini də təkzib edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu