Ukraynalılar rusiyalı xokkeyçinin Kanadaya girişinə qadağa qoyulmasını istəyiblər


Kanada Ukraynalıları Konqresi rusiyalı xokkeyçi Pavel Datsyukun Xokkey Şöhrət Zalına təqdimetmə mərasimi üçün Kanadaya girişinin qadağan edilməsini tələb edib.


AFN.az xəbər verir ki, bu barədə "Sports" məlumat yayıb.

Təşkilat Xokkey Şöhrət Zalının prezidenti Jeff Denomme məktub göndərərək ondan Datsyukun daxil olmasını ləğv etməyi xahiş edib. Onların fikrincə, idmançı Rusiya hakimiyyəti ilə əlaqəli fəaliyyətlərdə iştirak edib. Dennom isə öz növbəsində Şöhrət Zalına daxil edərkən milliyyəti yox, xokkeyçinin nailiyyətləri nəzərə alınıb. Konqres cavabdan narazı qalaraq, tələbi təkrarlayıb.

Tədbirin Torontoda keçirilməsi planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu