"Səba" markası ilə toyuq əti istehsalı dayandırılmayıb - AÇIQLAMA
Bu gün bir sıra kütləvi informasiya vasitələri və İnternet resurslarında “Səba Broyler” ASC-nin fəaliyyətini dayandırması, “Səba” markası ilə toyuq və toyuq məhsulları istehsalına son qoyulmasına dair məlumat yayılıb.
AFN.az xəbər verir ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası məsələ ilə bağlı açıqlama yayıb. Azərbaycan quşçuluq təsərrüfatlarının ictimai birliyi olaraq bildiririk ki, reallıqda “Səba” markası ilə toyuq əti və məhsullarının istehsalı dayandırılmayıb. Bu istehsalı “Səba Broyler” ASC-nin yaratdığı "Chiken Pro" MMC həyata keçirir.
MMC rəhbərliyindən verilən məlumata görə, istehsal müəssisəsinin yenidən qurulması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi üçün zəruri investisiya qoyuluşu həyata keçiriləcək.