İngiltərədə raket sınağı zamanı partlayış baş verib


Partlayış İngiltərənin Şetland adalarında yerləşən yeni kosmodromda raket sınağı zamanı baş verib. Almaniyanın "Rocket Factory Augsburg" (RFA) şirkəti tərəfindən həyata keçirilən sınaq İngiltərədən ilk şaquli raket buraxılışı üçün nəzərdə tutulub.



Unst adasındakı SaxaVord Kosmodromunda doqquz mühərrikli sınaq zamanı qeza baş verib və raketin bir pilləsi itirilib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

RFA vəziyyəti nəzarətdə saxladıqlarını açıqlayıb. Şirkət kosmodrom və səlahiyyətlilərlə birlikdə partlayışın səbəbini müəyyən etmək üçün işlədiyini açıqlayıb.

RFA sözçüsü real sınaqlara əsaslanan inkişaf prosesini izlədiklərini və bu yanaşmanın yüksək risklər daşıdığını bildiklərini ifadə edərək, məqsədlərinin ən qısa zamanda normal fəaliyyətə qayıtmaq olduğunu vurğulayıb.

Bu hadisə üç ay əvvəl kosmodromda uğurlu elan edilən ilk raket sınağından sonra baş verib.

Mənbə: BBC



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu