İsrail ehtiyat əsgərləri orduya çağırır


İsrail ordusu əvvəllər hərbi xidmətdən azad edilmiş ehtiyatda olan əsgərləri güc çatışmazlığı səbəbindən orduya çağırmağa başladığını açıqlayıb.


Ordudan verilən açıqlamada qeyd edilib ki, müdafiə naziri əvvəllər hərbi xidmətdən azad edilmiş və hələ də xidmət yaşında olan ehtiyatda olan əsgərlərin güc çatışmazlığı səbəbindən xidmətə çağırılması barədə göstəriş verib.

Açıqlamada bu qərarın nizami və ehtiyat qüvvələrin vəziyyəti və fəaliyyət həcminin qiymətləndirilməsi və ordunun əsgər sayını artırmağı planlaşdırdığı proses çərçivəsində qəbul edildiyi bildirilib.

Məlumatda ordunun hazırlıqlarını tamamladıqdan sonra ehtiyatda olan əsgərlərdən ərizələrin qəbuluna başlayacağı, geri dönməyə münasib hesab edilənlərin lazım gəldikdə müxtəlif birliklərə təyin ediləcəyi qeyd edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu