İraq İŞİD-i vurdu


İraqın Terrorla Mübarizə Xidmətinin ölkə daxilində bir çox İŞİD sığınacaqlarını məhv etdiyi açıqlanıb.



Ölkə mətbuatında yer alan xəbərə görə, İraq təhlükəsizlik qüvvələri Diyalə və Səlahəddin əyalətləri ilə Tərmiyə bölgəsində həyata keçirdikləri əməliyyatlarda İŞİD-ə aid çoxlu sığınacaqları məhv edib.

7 iyun 2014-cü ildə İraqa hücum edən və qısa müddət ərzində ölkə ərazisinin təxminən 45 faizini ələ keçirməyi bacaran İŞID 2017-ci ilin noyabrında məğlub oldu. Lakin o vaxtdan bəri terror təşkilatının qalan üzvləri İraq və Suriyada mövcudluqlarını davam etdirərək, zaman-zaman terror aktları törədirlər.

İraq təhlükəsizlik qüvvələri vaxtaşırı İŞİD və onun ünsürlərinə qarşı əməliyyatlar həyata keçirir.

Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu