Sudan Çad ilə aradakı Adre sərhəd qapısını açdı


Sudan Çadla sərhədindəki Adre sərhəd qapısını üç ay müddətinə açaraq ölkədə müharibədən zərər çəkənlərə humanitar yardımın daxil olmasına icazə vermək qərarına gəlib.


AFN.az xəbər verir ki, Sudab Suverenlik Şurası Əbdülfəttah əl-Burhanın sədrliyi ilə toplanıb.

İclasda humanitar yardımın müharibədən zərər çəkmiş vətəndaşlara çatmasını təmin etmək üçün Adre sərhəd qapısının 3 ay müddətinə açılması qərara alınıb.

ABŞ-ın Sudan üzrə xüsusi nümayəndəsi Tom Perriello verdiyi açıqlamada Sudan ordusunun Adre sərhəd qapısını açmaq qərarını müsbət qarşıladıqlarını bildirib.

Bu qərarın insanların həyatını xilas etmək və aclığın yayılmasının qarşısını almaq üçün kritik bir addım olduğunu ifadə edən Perriello, "Önümüzdəki günlərdə ilk konvoyların keçməsini səbirsizliklə gözləyirik" - deyə bildirib.

Sudan hökuməti iyulun 25-də Adre sərhəd qapısının Çevik Dəstək Qüvvələri (HDK) tərəfindən silah tədarükü üçün istifadə edildiyi səbəbilə bağlandığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu