Vətən Müharibəsində fəaliyyəti ilə seçilən həkim də namizədliyini verib


1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində namizədlərdən biri də Plastik və Rekonstruktiv cərrah Vüqar Ələkbərovdur.


V.Ələkbərov namizədliyini 15 saylı Yasamal birinci seçki dairəsindən verib. Hazırda dairə ərazisində təbliğat-təşviqat kampaniayası aparan V.Ələkbərov AFN.az-a açıqlamasında bildirib ki, kampaniya uğurla gedir: “Seçicilərlə görüşürük, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparırıq. Xeyli təkliflər almışıq, bəzi seçicilərin xahişləri, problemləri var, onları qeyd etmişik. Parlamentdə təmsil olunarsam, hamısının reallaşdırılmasına çalışacam. Bundan əlavə, Milli Məclisdə səhiyyə sahəsində müxtəlif mövzularda təkliflərim olacaq. Tibblə bağlı qanunların qəbulunda aktiv iştirak etmək istəyirəm”.
Dr. Vüqar Ələkbərov təhsilini Türkiyədə tamamlamağına baxmayaraq, həkimlik fəaliyyəti üçün doğma Vətəni seçib. O, Vətən Müharibəsi zamanı könüllü cərrah olaraq Ağcabədi rayon hospitalında yüzlərlə yaralı hərbçimizi əməliyyat edərək, sağlığına qovuşmasına səbəb olub. Bütün bunları təmənnasız edən həkim indi Yasamal sakinlərinə xidmət etmək üçün millət vəkili olmaq istəyir. Araşdırmamıza görə hal hazırda sakinlər tərəfindən çox müsbət qarşılanır və təbliğat prosesində digər namizədlərə görə öndədir.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu