İran Xəzərdə hərbi təlim keçirir


İran Xəzər dənizində hərbi təlim keçirdiyini açıqlayıb.



Mehr Xəbər Agentliyinin məlumatına görə, Hərbi Dəniz Qüvvələrinin təşkil etdiyi təlim yerli vaxtla saat 19:30-dan 20:30-a qədər ölkənin şimalındakı Gilan vilayətində Xəzər dənizində keçirilib.

Xəbərdə təlimin Hərbi Dəniz Qüvvələrinin müdafiə hazırlığını artırmaq üçün təşkil edildiyi qeyd edilib.

Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Korpusu da avqustun 11-13-də ölkənin qərbində 3 günlük təlim keçirib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu