“Fənərbaxça” Çempionlar Liqası ilə vidalaşdı


Türkiyənin “Fənərbaxça” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.


İstanbul təmsilçisi doğma azarkeşləri önündə Fransanın “Lill” komandası ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk görüş fransızların 1:0 hesablı qələbəsi ilə yekunlaşdığından, Liqa 1 təmsilçisi pley-offa adlayıb.

“Fənərbaxça” isə UEFA Avropa Liqasının pley-offunda mübarizə aparacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu