Mahmud Abbas: BMT ABŞ-ın təzyiqi səbəbindən missiyasını yerinə yetirə bilmir


Birləşmiş Millətlər Təşkilatı ABŞ-ın təzyiqi ilə Fələstin problemini həll edə bilmir.


AFN.az xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas Novo-Oqarevoda rusiyalı həmkarı Vladimir Putinlə görüşündə buna əminliyini ifadə edib.

“1947-ci ildən bəri BMT Baş Assambleyada və Təhlükəsizlik Şurasında Fələstin məsələsi ilə bağlı 1 mindən çox qətnamə qəbul edib, lakin ABŞ-ın təzyiqi nəticəsində sonda öz missiyasını yerinə yetirə bilməyib və Fələstin xalqının hüquqlarının həyata keçirilməsini təmin edəcək bircə qətnamə də qəbul edə bilməyib”, - deyə Abbas bildirib.

O, həmçinin fələstinlilərin öz ərazilərindən zorla çıxarılması cəhdlərini qəbuledilməz hesab etdiyini vurğulayıb və qeyd edib ki, bu yaxınlarda Beynəlxalq Ədalət Məhkəməsi İsrailin məskunlaşma fəaliyyətini davam etdirməsini qəbuledilməz elan edib: “Bu qərar Təhlükəsizlik Şurasından və BMT Baş Assambleyasından, eləcə də bütün dünya ölkələrindən tələb edir ki, İsrailin bu fəaliyyətini dayandırmaq üçün tədbirlər görsün, çünki bu beynəlxalq hüququ pozur”.

M.Abbas sonda Fələstin xalqının öz müstəqil dövlətini alacağına ümid etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu