Rusiyanın Banqladeşdə tikdiyi AES ilk enerji blokunun reaktorunu işə salmağa hazırlaşır


Banqladeşdə Rusiya layihəsi ilə tikilən Rooppur atom elektrik stansiyası dekabrda birinci enerji blokunun reaktorunu işə salmağa hazırlaşır.


AFN.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Dəkkədəki diplomatik missiyasının rəhbəri Aleksandr Mantıtski məlumat verib.

“İndi stansiya mühüm hadisəyə - bu ilin dekabrına planlaşdırılan 1 nömrəli enerji blokunun reaktorunun fiziki işə salınmasına hazırlaşır”, - deyə o vurğulayıb.

Rusiya səfiri xatırladıb ki, 2023-cü ilin oktyabrından nüvə yanacağının çatdırılmasından sonra Rooppur AES nüvə obyekti olub. "Banqladeş dinc nüvə texnologiyalarına malik ölkə kimi nüfuzlu statusa malikdir" - deyə Mantıtski əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu