AB Trampla müsahibədən əvvəl Maska "məsuliyyətli olmağı" xatırladıb

Avropanın daxili bazar üzrə komissarı Thierry Breton milyarder və iş adamı İlon Maska ABŞ-ın keçmiş prezidenti Donald Trampla müsahibəsinin onlayn yayımı ərəfəsində ona “zərərli məzmun”a görə məsuliyyət barədə xəbərdarlıq məktubu göndərdiyini bildirib.
Bu barədə Breton X sosial şəbəkəsində yazıb.
“Böyük auditoriya da böyük məsuliyyətlə gəlir. Dünyada geniş auditoriyanı əhatə edən hadisələrlə əlaqədar Aİ-də potensial zərərli məzmunun artması riski olduğundan, mən Elon Maska məktub göndərmişəm”, - komissar xəbərdarlıq edib.
Breton aydınlaşdırıb ki, o, öz sənədində Maska zərərli məzmunun vaxtında silinməsi, o cümlədən söz azadlığına hörmət və hər hansı məlumatın təqdim edilməsində plüralizmin təmin edilməsi ilə bağlı Aİ-nin rəqəmsal xidmətlər haqqında qanununa riayət edilməsinin zəruriliyini xatırladıb.