İranın vitse-prezidenti təyin olunduqdan 10 gün sonra istefa verib


İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif təyinatından 10 gün sonra istefa verib.


AFN.az xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb. "Mən dəfələrlə demişəm ki, prezidentin hökumət üzvlərini seçmək hüququ var, idarəetmə şurası və komitələri isə məsləhətçi orqanlardır. Mənə bu təşəbbüsdə iştirak etmək şərəfini bəxş etdikləri üçün onlara minnətdaram.
Təbii ki, işimin nəticəsi məni qane etmir.
Komissiyaların ekspert rəyini, qadınların, gənclərin, qohumların iştirakını vəd etdiyim kimi layiqli şəkildə ala bilmədim. Təbii ki, hələ də bu boşluğu inşallah dolduracaq vitse-prezidentlər var" - deyə o, bəyanatında qeyd edib.

Qeyd edək ki, Məhəmməd Cavad Zərif 2013-2021-ci illərdə İranın xarici işlər naziri olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu