Ukraynanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb


Belarus Xarici İşlər Nazirliyi Ukraynanın müvəqqəti işlər vəkili Olqa Timuşu çağırıb və ona kəskin etiraz bildirilib.


Bu barədə Belarus XİN-in saytında məlumat verilib.

Belarus bu addımı Ukraynanın pilotsuz təyyarələritərəfindən ölkənin hava məkanının pozulmasıdan sonra atıb. Minsk gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün tədbirlərin görülməsini tələb edib. Belarusun cavabı ilə bağlı Timuşa xəbərdarlıq edilib.

Prezident Aleksandr Lukaşenkonun göstərişi ilə avqustun 9-da axşam saatlarında ölkənin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu