Kim Çen In yardım təkliflərini rədd edib


Şimali Koreya lideri Kim Çen In ölkənin şimal-qərbində leysan yağışlar və daşqınların vurduğu zərərin ödənilməsi üçün ölkələrin və beynəlxalq təşkilatların yardım təkliflərini rədd edib.



Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, Kim daşqınlar səbəbindən müvəqqəti sığınacaqlarda qalanlarla görüşüb.

Kim Çen In önümüzdəki aylarda təxminən 15 min insanın paytaxt Pxenyana gətirilə biləcəyini və zərərçəkənlərə hər sahədə dəstək olacağını bildirib.

Kim ölkələrə və beynəlxalq təşkilatlara humanitar yardım və dəstək verəcəyinə dair vədlərinə görə təşəkkür edib və daşqınların vurduğu ziyanı kənardan kömək almadan aradan qaldıracaqlarını bildirib.

Qeyd edək ki, Cənubi Koreya, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Rusiya və Çin Şimali Koreyaya daşqın üçün yardım materialları verməyi təklif edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu