"YouTube"un keçmiş baş direktoru ölüb


"YouTube"un keçmiş baş direktoru Susan Voycicki 56 yaşında ölüb.



Bu barədə "Google"un baş direktoru Sundar Piçai məlumat verib.

Onun sözlərinə görə, qadın xərçənglə iki illik mübarizədən sonra dünyasını dəyişib.

Voycicki 1998-ci ildə qarajını ofis kimi "Google"un qurucularına icarəyə verib və bir il sonra şirkətin ilk marketinq meneceri olub. O, həm də "Google"un "YouTube"u əldə etməsinin aparıcı qüvvəsi idi.

O, 2014-cü ildən video hostinqin baş direktoru vəzifəsini tutub. 2023-cü ilin fevralında təqaüdə çıxdığını elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu