Li Karsli İngiltərə milli komandasının baş məşqçisi təyin edilib


İngiltərə Futbol Federasiyası Li Karslinin müvəqqəti olaraq milli komandanın baş məşqçisi təyin edildiyini açıqlayıb.



Sentyabrda start götürəcək UEFA Millətlər Liqası yarışlarında Karslinin komandanın rəhbəri olacağı, yeni məşqçi axtarışlarının isə davam edəcəyi bildirilib.

Futbolçu karyerası ərzində "Derbi Kaunti", "Blekbern Rovers" və "Everton" kimi komandalarda çıxış edən 50 yaşlı britaniyalı məşqçi 2021-ci ildən İngiltərənin 21 yaşadək futbolçulardan ibarət milli komandasını çalışdırır.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu