Yaponiyada daha güclü zəlzələ gözlənilir


Yaponiyada dünən baş verən 7.1 bal gücündə zəlzələ dünyanın gündəmindədir.


AFN.az xəbər verir ki, güclü təkanlara rəğmən ölkədə dağıntı və tələfatın çox olmaması maraqla qarşılanıb. Xatırladaq ki, ötən il fevralın 6-da qardaş Türkiyədə baş verən 7.6 və 7.7 bal gücündə zəlzələlər böyük dağıntılara, 50 mindən çox insanın həlak olmasına səbəb oldu. Bir neçə yaşayış massivi, demək olar ki, tamam sıradan çıxdı. Bütün bunların fonunda Yaponiyada olan 7.1 bal gücündə zəlzələnin dağıdıcı təsirlərinin olmaması təəccüb doğurmaya bilməz. Lakin ölkə hazırda təşviş içindədir. Növbəti daha güclü təkanlar və sunami təhlükəsi Yaponiyada müzakirə və narahatlıq doğurub.

Son bir neçə ildə yapon seysmoloqları mərkəzi Honsyu sahillərindən cənub-şərqdə yerləşən Nankay qırağında zəlzələ ehtimalından çox narahat olublar. Avqustun 8-də cənub-qərbdə 7,1 bal gücündə zəlzələdən sonra seysmoloqlar Nankay qırağında yeraltı təkanların olacağı ehtimalının artdığını elan ediblər. Elm adamları bildirir ki, həmin ərazidə təxminən 100-200 ildə bir dəfə 8,0 bal gücündə zəlzələlər baş verir. Alimlər yaxın 30 il ərzində 8,0 və ya 9,0 bal gücündə zəlzələnin baş vermə ehtimalının 70-80% olacağını proqnozlaşdırırlar. Bu halda Yaponiyanın əhəmiyyətli hissəsi əziyyət çəkəcək və onun şərq sahillərində hündürlüyü 30 m-dən çox olan sunami baş verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu