Kişida Qazaxıstan və Özbəkistana səfərini zəlzələyə görə ləğv edib

Yaponiyanın baş naziri Fumio Kişida Mərkəzi Asiya dövlət başçılarının Qazaxıstanda keçiriləcək görüşündə iştirak etmək üçün Mərkəzi Asiya ölkələrinə turunu, bölgədə güclü zəlzələ təhlükəsi ilə əlaqədar ləğv etmək qərarına gəlib.
Bu barədə jurnalistlərə Yaponiya hökumət başçısının özü məlumat verib.
Kişida bildirib ki, gələn həftə hökumətin bütün səyləri vəziyyətin monitorinqinə və Nankay qırağında mümkün güclü zəlzələyə hazırlaşmağa yönəldiləcək. Yaponiya hökumətinin başçısı həmçinin qeyd edib ki, hakimiyyət orqanları internetdə mümkün zəlzələ mövzusu ilə bağlı yalan məlumatların yayılmasının qarşısını almaq üçün fəal işləyəcək.
Kişida avqustun 9-10-da Qazaxıstana rəsmi səfər etməli və “Mərkəzi Asiya plus Yaponiya” dialoqunun birinci sammitində iştirak etməli idi. Onun Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevlə avqustun 10-da görüşü planlaşdırılırdı. Kişida həmçinin tur çərçivəsində Özbəkistan və Monqolustana səfər etmək niyyətində idi.