Tacikistanda sabiq məmurlara cinayət işi açılıb

Tacikistanın baş prokuroru Yusuf Rəhmon respublikanın sabiq xarici işlər naziri, 75 yaşlı Həmroxon Zərifi, o cümlədən 1991-1992-ci illərdə prezident səlahiyyətlərini icra edən Ali Şuranın keçmiş sədri, 73 yaşlı Əkbərşo İskəndərov və digər siyasətçilər barəsində cinayət işinin başlanmasını təsdiqləyibıb.
“Usmonzoda, Hakimov, Komilzoda, İskəndərov, Zərifi və bir neçə başqa şəxs barəsində cinayət işi başlanıb, onlar Baş Prokurorluqda ibtidai istintaq sirri olduğuna görə heç bir məlumat verə bilmərəm” - deyə baş prokuror keçirdiyi mətbuat konfransında bildirib.
O, başqa təfərrüatları açıqlamayıb: "Kimsə millətə, ölkə prezidentinə xəyanət edirsə, hansı vəzifədə olmasından, tutmasından asılı olmayaraq qanun qarşısında cavab verəcək”.